Bakının dünyanın neft mərkəzinə çevrilməsi

in #engrave5 years ago

Su neftdən bahadır. Tarixə nəzər salaq.

image
XIX əsrin ortalarında Şimali Azərbaycanda neft istehsalı hələ aşağı səviyyədə idi. Neftli torpaqlar iltizama verilirdi. Neft mədənlərində icbari kəndli əməyindən istifadə edilirdi. 1848-ci ildə dünyada ilk dəfə mexaniki qazma - büruq üsulu ilə Bibiheybətdə neft quyusu işə salındı. Neft və neft məhsullarına tələbatın artması neft emalı zavodlarının yarasılmasına səbəb oldu. XIX əsrin 50-ci illərində Abşeronda neft emal edən ilk sənaye müəssisəsi yarandı. Cavad Məlikov da öz layihəsi əsasında Bakıda ağ neft zavodunu tikdirdi.17 fevral 1872-ci tarixli qanunla neft sənayesində iltizam sistemi ləğv edildi. 1878-ci ildə Bakı neftinin və neft məhsullarının Rusiyaya böyük həcmdə daşınması üçün dünyada ilk dəfə tanker tipli gəmilərdən istifadə olunmağa başlandı. 1878-ci ildə mədənlərdən çıxarılan nefti Bakıya - şəhərdə cəmləşmiş neftayırma zavodlarına çatdırmaq üçün buxar nasosları ilə işləyən Rusiya imperiyasında ilk neft kəmərinin, 1880-ci ildə isə ilk dəmir yolunun çəkilməsi daşınma xərclərini kəskin şəkildə azaltdı və getdikcə Bakı dünyanın neft mərkəzinə çevrildi.


Originally posted on khagani_mammadov. Hive blog powered by ENGRAVE.

Sort:  

Source
Direct translation without giving credit to the original author is Plagiarism.

Repeated plagiarism is considered fraud. Fraud is discouraged by the community and may result in the account being Blacklisted.

If you believe this comment is in error, please contact us in #appeals in Discord.

Please note that direct translations including attribution or source with no original content is considered spam.