Dəfələrcə bu düşüncə ağlımda canlanır lakin nə edəcəyimi bilmirəm. Sanki suda boğuram kimi əlim qolum bağlı. Bu dəfə yol gedərkən qızım Zəhra mənə sual verib soruşdu. Ata sənin məsləhətlərinə qulaq asmaq istəyirəm. Dediklərini düşündüm amma biraz çətinlik olacaq kimi. Dedim nədir gözəl gözlüm. Mən ona müasir dünyanın əsas tələblərinin içərisində özünə yaxşı gələcək qurmasını istəyirsə, o zaman kompyüter texnologiyaları və ya proqramlama kimi sahəni seçməsini məsləhət görmüşdüm. Ata mənə lazım olmayacaq fənləri niyə bu qədər dərindən öyrənməliyəm o zaman. Bir söz tapmadım ona izah etməyə. Çünki bu absurd vəziyyətin nəyini müdafiyə edim.
Hər gün məktəbə getdiyim bu yollarda indi qızım çiyinlərində bir zamanlar mənim də daşıdığım gələcəkdə bəlkə də ona da lazım olmayacaq elimlərin kitablarını daşıyır.
Ona məsləhət gördüyüm bu ixtisas Azərbaycanda qruplar halında bölünmüş ixtisaslar içərisində 1-ci qrup idi. Bu qrup fənləri Kimya, Fizika, Riyaziyyat, Azərbaycan dili, İngilis dili üçün hazırlaşmalı və imtahan verməlidir web proqramçı olması üçün. Lakin gələcəkdə web proqramçı olarsa nə Kimya, nədə Fizika elimləri onun işinə bilavasitə də olsa təsir etməyəcəkdir. İşlərimizi həll edib evə döndükdən sonra Göyçay Kompyüter servisə doğru yola çıxdım. Lakin yol boyu düşündüm-düşündüm. Bir də baxdım ki Göyçay Kompyuter Servis Mərkəzinə çatmışam.
Diqqətlə baxsanız qarşıda kiçik bir Xırdavat mağazası görəcəksiniz. Sahibi nə istədiyini və bunu necə edə biləcəyini düşünən adamdır. Expargo adlı kargo şirkətindən malların qəbulunu təşkil edir. Bunun üçün onun kimiya və ya fizika yaxud onun işlərinə təsiri olmayacağı tam aydındır. Danışmaqla bitməyəcək bu mövzu sizi də yormayım. Sağlıqla qalın.
Özünüzü qoruyun, ətrafımızı qoruyun
Yay! 🤗
Your content has been boosted with Ecency Points, by @famil.
Use Ecency daily to boost your growth on platform!
Support Ecency
Vote for new Proposal
Delegate HP and earn more