Bir balqabaq işgəncəsi.

Frida Kalo. Bu adı yəqin tanıyırsız. Hal hazırda dünyanın demək olar hər yerində onun rəsmləri çox baha qiymətə satılır. Fərqli sənət tərzi, fərqli düşüncə, dünyanı fərqli prizmadan görmək. Ümumiyyətlə, rəssamlar fərqli beyinə malik insanlardı. Çox vaxt onların gördüklərini görə bilmirik. Ya da onlar kimi görə bilmirik. Mənim qızım da kiçik rəssamdı. O gün soruşuram ki, qızım, kursa gedəndə niyə xətkeş aparmırsan? Gülür ki, ana, sən hələ rəssamların xətkeş işlətdiyini görmüsən? Həqiqətən də rəssamlar ən düz xətti xətkeşsiz çəkməyi bacaran qeyri- adi məxluqlardı. Bir fırça ilə möcüzələr yaradan məxluqlar. Bir də rəssam anası olmaq var. O paltarın üstünə boya ləkəsi düşür və sən qızına irad tuta bilmirsən ki, bu nədi axı?). Növbədə naturadan balqabaq rəsmi var. IMG-20190626-WA0006.jpgBalqabağı əvvəldən də heç sevməyən qızım bundan sonra balqabağa nifrət edəcək deyəsən. 4 dərsdir balqabaqla mübarizədədi. Görək kim qalib gələcək, balqabaq, yoxsa Gülay?😊 IMG-20190626-WA0007.jpg P.S Şəkil hələ bitməyib😊

Sort:  

Ümüd edirəm şəkil artıq bitmişdir və mən şəkli görmək üçün həvəslənmişəm...

IMG-20190710-WA0000.jpg

Möhtəşəm, əllərə sağlıq

Congratulations @nurengizbagirova! You have completed the following achievement on the Steem blockchain and have been rewarded with new badge(s) :

You distributed more than 3000 upvotes. Your next target is to reach 4000 upvotes.

You can view your badges on your Steem Board and compare to others on the Steem Ranking
If you no longer want to receive notifications, reply to this comment with the word STOP

To support your work, I also upvoted your post!

Vote for @Steemitboard as a witness to get one more award and increased upvotes!