"Arzularla ehtiyatlı olmaq lazımdır" Bu sözləri tez-tez eşidirik və oxuyuruq. Bəs bunu necə edək? Bir zamanlar mən bunun üzərində ciddi çalışmaq qərarına gəlmişdim. Və arzularımı düzgün idarə etməyə, lazımi istiqamətə yönləndirməyə çalışırdım.
Amma bu uzun sürmədi, beyin buna imkan vermir. Çünki orda daim xaos var, və beynimiz çox zaman çərçivələri aşaraq, mənasız xülyalara dalmağı sevir. Bizi öz ardınca mistik dünyalara sürükləyir, imkan vermir ki, səliqəli və dəqiq arzularla həyatımızı istədiyimiz tərəfə çəkib aparaq.
Yenə də fikrimizi toplayıb beynimizə qalib gələ və arzularımızı kontrol edə bilərik.
Arzularımız niyə çin olmur? Bəlkə biz düzgün arzu etməyi bacarmırıq?
Arzuları yalnız fikir və düşüncələrlə deyil, əşyalar, fotolar, və.s ilə da idarə etmək lazımdır. İndi Fen-Şuy haqda danışmaq fikrində deyiləm, çünki bu başqa bir mövzudur.
Məsələn, əgər səyahətə çıxmaq istəyirsinizsə, otağınızın divarlarından getmək istədiyiniz yerin fotoşəklini asın və hər gün bu fotoya baxın. Beləliklə səyahət haqda daha çox düşünəcəksiniz və bunu həyata keçirməyə çalışacaqsınız. Belə fotoşəkilləri komyuterinizin ekranına da qoya bilərsiniz, hər açdığınızda görüncə şüuraltı olaraq o arzuya doğru can atacaqsınız.
Beynimizdə təmizlik işləri aparmalıyıq, bəli eynilə evdə olduğu kimi. Lazımsız cəfəngiyyatı toplayıb ziibl qutusuna atmaq lazımdır. Düzdür, bu elə də asan olmayacaq, amma sınamağa dəyər.
Beynimizdən neqativ fikirləri, mənasız dedi-qoduları uzaqlaşdırmaq və yerini daha vacib və səmərəli informasiya ilə doldurmaq daha yaxşı olmazmı? Əlbəttə, bu əla fikirdir. Mən də tez-tez beynimdə iməcilik işləri aparır və onu bir az da olsa təmizləməyə çalışıram.
Beləliklə, həm də arzularımıza yer açmış olarıq.
Arzulara sərhəd qoymaq lazım deyil, nə isə arzulayarkən səxavətli olun. Bu sadəcə arzudur, amma nə vaxtsa həyata keçə də bilər. Məsələn, əvvəllər mən belə arzu edərdim " kaş birotaqlı da olsa, kiçik bir evim olaydı." Amma indi otaqları artırmışam, evin bağçası, mansardı hətta hovuzu da var. Niyə də yox? Gərək belə arzu edəm ki, kainat məni eşitsin. O, iddialı arzuları sevir.
Arzuları idarə etməyin bir yolu da var- onları yazmaq. Fikirlərimizi yazanda onlar daha da güclənir. Amma yazarkən inkar sözlərindən və şəkilçilərindən istifadə etmək olmaz, məsələn,"mən bu işi sevmirəm, yeni iş istəyirəm". Sadəcə yeni iş istədyimizi düşünsək və ya yazsaq kifayətdir.
Kİmsə fikirləşə bilər ki, qismət nədirsə, allah nə yazıbsa o da olacaq, biz arzu etməyimizlə deyil ki. Razıyam, qismət var və hər birimizin taleyi allahın əlindədir, amma bütövlüklə deyil. Bizim payımıza düşən işlərdən biri də arzu etməkdir.
Elinize ve kaleminize sağlık.
Teşekkür edirəm.
Başımıza ne geldiyse arzu ve hırslarımız yüzünden geldi zaten...
Arzuları ve düşüncelerimizi doğru yönetmeyi öğrenmeliyiz, o zaman belki her şey değişe bilir.
Congratulations @taranaq19 ! You received a 20% upvote from @kryptoniabot & @kryptonia for your task of 600 SUP Today.
Remember to receive votes from @kryptoniabot
Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.
Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP
Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.
Bu yazı Curation Collective Discord Sunucusunda küratörlere önerilmiş ve manuel inceleme sonrasında @c-squared topluluk hesabından oy ve resteem almıştır.
This post was shared in the #turkish-curation channel in the Curation Collective Discord community for curators, and upvoted and resteemed by the @c-squared community account after manual review.
@c-squared runs a community witness. Please consider using one of your witness votes on us here